14 iyul 2016 22:00
Vəli Qasımov: Şkendiyanı keçsək...
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Şkendiya" (Makedoniya) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vəli Qasımov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqib əla komandadır. Bu komandanı keçsək, Avroliqanın qrup mərhələsinə çıxmağa ümid etmək olar. İstənilən halda, növbəti mərhələyə vəsiqə əldə etməyə çalışacağıq. Artıq səfər oyununda qol buraxmamaq və rəqib qapısına yol tapmaq əsas vəzifəmiz olacaq. Bizim qol vurmağı bacaran futbolçularımız var. Müdafiədə etibarlı oynamaq vacib idi". СВС
