14 iyul 2016 19:00
Asif Məmmədov: Qəbələ Budapeştdən yaxşı nəticə ilə qayıtmaq istəyir
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi yaxşı formadayam. Tam gücümlə hazırlaşıram. Meydana çıxmağa, "Qəbələ"yə kömək etməyə hazıram. Təbii ki, baş məşqçi Roman Qriqorçuk şans versə. Bizi çətin rəqiblə oyun gözləyir. MTK ciddi komandadır. Birinci təsnifat mərhələsində də yaxşı oynayıblar. Buna görə də bizə çətin olacaq. Amma istənilən halda Budapeştdən yaxşı nəticə ilə qayıtmaq istəyirik. Ümid edirəm ki, hər şey bizim istədiyimiz kimi olacaq".
