14 iyul 2016 18:40
Aslan Kərimov: Kəpəzin şansı azdır
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov Avropa Liqasındakı klublarımızın şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Daha çox "Kəpəz"dən ehtiyatlanıram. Avstriya "Admira"sına qarşı şans çox azdı. "Qəbələ"nin rəqibi - Macarıstan MTK-sı da güclü rəqibdir. Amma "Qəbələ"yə elə də çətin olmamalıdır. "Neftçi" ilk mərhələdə Malta "Baltsan"ı ilə cavab oyununun ikinci hissəsində hamımızı təəccübləndirdi. Çox pis oynadılar. Məşqçilər korpusu vəziyyəti yaxşıya doğru dəyişməyə çalışmalıdırlar. Əks halda Makedoniya "Şkendiya"sı belə səhvləri bağışlamayacaq".
