14 iyul 2016 18:00
Düdelanj - Qarabağ matçının başlama saatı məlum oldu
"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə cavab oyununun başlama saatı məlum olub. Azerisport.az xəbər verir ki, iyulun 20-də Lüksemburqda - "Yos Nosbaum" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş oyunda Ağdam klubu 2:0 hesabıyla qalib gəlmişdi.
