14 iyul 2016 17:00

Mehman Allahverdiyev: Uğurlu nəticənin davamını gətirmək istəyirik

“Kəpəz”in Avropa yolu 21 il öncə Avstriya təmsilçisi ilə başlayıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu 1995/1996-cı il mövsümündə o vaxtkı adı ilə desək, UEFA Kubokunda  “Austriya” ilə qarşılaşıb.

Həmin dövrdə komandanın baş məşqçisi olmuş Mehman Allahverdiyev indi icraçı direktor vəzifəsini tutur. “Sarı-göylər” ilə birlikdə Avstriyada olan klub rəsmisi klub saytına qarşıdakı "Admira" ilə matçla bağlı düşüncələrini bölüşüb:

“Avstriyada Avropa turnirlərində ilk səfər oyunumuzu keçirmişik. Ona görə də xatirələr çoxdur. 21 il öncə keçirdiyimiz oyun bu gün də gözümün qabağındadır. Qitə yarışlarında ilk addımımız idi. Onda uduzub ilk mərhələdən mübarizəni dayandırsaq da, cari mövsümə yaxşı başlamışıq və bu uğurlu nəticənin davamını gətirmək istəyirik. Fikrimiz daha bir mərhələ keçməkdir. Komanda oyuna yaxşı hazırlaşıb. Uşaqlar hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqları yerinə yetiriblər. Çox ümidliyəm, hələ Moldovaya getməmişdən öncə də inamım böyük idi. Amma bu futboldur, istənilən nəticə ola bilər. Cavab oyununu düşünərək oynamalı və səfərdə qol vurmağa çalışmalıyıq. Komandaya uğurlar arzu edirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.