14 iyul 2016 17:40
Azərbaycan Qazaxıstanda turnirə qatılacaq
Şimkəntdə Qazaxıstan prezidentinin kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycanın U-17 yığması da iştirak edəcək.
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, avqustun 7-dən 13-dək davam edəcək turnirdə bu ölkənin iki komandası ilə yanaşı, Azərbaycan, eləcə də İran, Rusiya, Qırğızıstan, Albaniya və Tacikistan mübarizə aparacaq.
