14 iyul 2016 16:40
Julian Ebah: Avstriyada arzuladığımız nəticəyə nail ola bilərik
"Kəpəz"in hücumçusu Julian Ebah Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəlkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. 90 dəqiqə meydanda maksimum güc qoymalıyıq. Öz gücümüzə inaırıq. Bu görüşdə arzuladığımız nəticəyə nail ola bilərik. Avstriyada uduzmaq istəmirik. Evə yaxşı nəticə ilə qayıtmağı arzulayırıq".
