14 iyul 2016 15:00
Neftçi - Şkendiya matçına 4 min bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" ilə Makedoniya "Şkendiya"sı arasındakı ilk oyuna bilet satışı davam edir. Azerisport.az saytına klubdan verilən məlumata görə, bu görüşə 4000 bilet satılıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək.
