Azərbaycan yığması FİFA reytinqində bir pillə irəlilədi
FİFA dünyanın yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda bir pillə irəliləyib.
Millimiz hazırda 253 xalla 137-ci pillədə qərarlaşıb.
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (33, 768), Norveç (53, 588) və San-Marino (200, 20).
Qeyd edək ki, ötən ayın çox irəliləyən komandası Yeni Zelandiya olub. 54 pilləlik sıçrayış edən bu komanda hazırda 93-cüdür. Ən pis göstəici isə Belizə məxsusdur. Bu komanda 114-cü yerdən 164-cü pilləyə yuvarlanıb.
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).
