14 iyul 2016 19:50
İnter Kasımpaşaya qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəqibi yerli "Kasımpaşa" olub.
Matç Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakılıların heyətində Nizami Hacıyevlə Adrian Skarlatake fərqləniblər.
