15 iyul 2016 00:18

Qəbələ Macarıstandan qələbə ilə qayıdır

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində təmsil edən "Qəbələ" də növbəti matçına çıxıb.

Roman Qriqorçukun çalışdırdığı komandamız Macarıstan MTK-sı ilə qarşılaşıb. Təmsilçimiz ilk oyunu səfərdə keçirib.

İlk mərhələdə Gürcüstan "Samtredia"sını mübarizədən kənarlaşdıran (evdə 5:1, səfərdə 1:2) Qəbələ təmsilçisi üçüncü tura vəsiqə qazanmaq üçün səfərdən mütləq sərfəli nəticə ilə qayıtmalıydı. Matç qəbələlilər üçün yaxşı başlayıb. Hər hissədə bir qol vuran "Qəbələ" matçın sonlarında öz qapısından bir top buraxsa da, səfərdən qələbə ilə qayıtmağı bacarıb. Bu qələbə komandamızı üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmağa daha da yaxınlaşdırıb.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun

14 iyul

MTK - “Qəbələ” - 1:2 (0:1)
Qollar: N.Kvekveskiri, 25 (0:1). F.Ozobiç, 63 (0:2). Ş.Torqelle, 70 (1:2).
Matçın 15-ci dəqiqəsində MTK-nın futbolçusu Y.Konto penaltidən yararlana bilmir (qapıçı).
Sarı vərəqə: D.Gero, 26. B.Beşe, 40. V.Stankoviç, 49.
Baş hakim: Boyan Pandjiç (İsveç).
Dyer. “Dyirmot” stadionu.

MTK: 1. Loyoş Heqeduş, 4. Akoş Baki, 5. Mato Qrqiç, 9. Darko Nikaç (27. Sobolts Varqa, 65), 14. Şandor Torqelle, 18. Bornobaş Beşe, 19. Yojef Konto (k), 24. Patrik Poor, 30. Balint Borbey (10. Lorand Sotmari, 74), 33. Daniel Gero (12. David Yakob, 78), 38. Adam Voşş.
Ehtiyat oyunçular: 28. Federiko Qroppioni, 3. Bentse Doyç, 13. Adam Xrepko, 21. Draqan Vukmir.
Baş məşqçi: Vasilis Teodoru.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo (11. Asif Məmmədov, 86), 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 13. Murad Musayev, 34. Ürfan Abbasov, 44. Rafael, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.