14 iyul 2016 22:49

Kəpəz Admiraya uduzdu

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində təmsil edən "Kəpəz" də növbəti matçına çıxıb.

Şahin Diniyevin çalışdırdığı komandamız Avstriya "Admira"sı ilə qarşılaşıb. Təmsilçimiz bu rəqibinə qarşı ilk oyunu səfərdə keçirib.

İlk mərhələdə Moldova "Daçiya"sını mübarizədən kənarlaşdıran (evdə 0:0, səfərdə 1:0) Gəncə təmsilçisi üçüncü tura vəsiqə qazanmaq üçün səfərdən mütləq sərfəli nəticə ilə qayıtmalıydı. Lakin təəssüf ki, gəncəlilər səfər oyununda minimal hesablı məğlubiyyətlə üzləşiblər. Bu üzdən də "Kəpəz" növbəti mərhələyə vəsiqə qazanmaq üçün bir həftə sonra Bakıda keçiriləcək cavab oyununda mütləq iki top fərqi ilə qalib gəlməlidir.

Avropa Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun

14 iyul

“Admira” - “Kəpəz” - 1:0 (1:0)
Qol: D.Starkl, 41 (1:0).
Sarı vərəqə: T.Ebner, 43. D.Starkl, 69.
Baş hakim: Pavle Radovanoviç (Çernoqoriya)
Sankt-Pölten. "NV Arena".

"Admira": 28. Yorq Zibenhandl, 2. Fabio Ştrauss, 4. Ştefan Tsvirşits, 5. Tomas Ebner (k), 6. Markus Lakner, 7. Maksimilian Saks (93. Srdan Spiridonoviç, 58), 8. Kristof Knasmyullner, 17. Dominik Starkl (14. Kristof Monşayn, 75), 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami.
Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 9. Toni Vastiç, 10. Daniel Tot, 25. Patrik Vesselı, 55. İlter Ayyıldız.
Baş məşqçi: Oliver Lederer.
"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (19. Orxan Əliyev, 73), 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (6. Ceyhun Cavadov, 73), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo (9. Tural Qürbətov, 88), 90. Julian Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.