14 iyul 2016 21:45

Neftçi Şkendiyaya Bakıda qol vura bilmədi

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində təmsil edən "Neftçi" də növbəti matçına çıxıb.

Vəli Qasımovun çalışdırdığı komandamız Makedoniya "Şkendiya"sı ilə qarşılaşıb. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirib. İlk mərhələdə Malta "Baltsan"ını mübarizədən kənarlaşdıran (səfərdə 2:0, evdə 1:2) "ağ-qaralar" üçüncü tura vəsiqə qazanmaq üçün Bakıdakı görüşdə makedoniyalıları məğlub etməyə borcluydu.

Lakin təəssüf ki, "Neftçi" Makedoniya klubu ilə ilk oyunda qolsuz heç-heçəyə razılaşmalı olub. Bu üzdən də cütlüyün taleyinə səfər oyununda aydınlıq gələcək. Yeri gəlmişkən qeyd edək ki, cavab matçında "Neftçi"yə mərhələ adlamaq üçün hətta qollu heç-heçə də bəs edəcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun

14 iyul

“Neftçi” - “Şkendiya” - 0:0
Sarı vərəqə: M.Ağayev, 48. A.Alimi, 57. S.Vuyçiç, 75.
Baş hakim: Sergey Tsinkeviç (Belarus).
Bakı. 8-ci km stadionu.

"Neftçi": 1. Krşevan Santini, 3. Jayro, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov (8. Elşən Abdullayev, 86), 13. Murad Ağayev (10. Cavid İmamverdiyev, 78), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.
"Şkendiya": 1. Kostadin Zahov, 4. Eqzon Beytulay, 5. Armen Alimi, 6. Ardian Çuçuli, 7. Besart İbraimi (33. Artim Polozani, 90+2), 10. Feran Hasani (k), 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Beşir Demiri, 77. Blaqoja Todorovski, 88. Stefan Vuyçiç.
Ehtiyat oyunçular: 12. Marko Yovanovski, 11. Demir İmeri, 16. Mevlan Murati, 19. Besmir Boyku, 20. Viktor Juffo, 27. Şçiprim Taipi.
Baş məşqçi: Bruno Akrapoviç.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.