14 iyul 2016 01:00
Qəbələ MTK ilə oyunun hazırlığına Macarıstanda yekun vurdu
“Qəbələ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, Macarıstanın MTK klubu səfər matçının hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi Dyer şəhərində baş tutub.
Roman Qriqorçukun yetirmələri qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmot” stadionunda məşq edib. Komanda məşq prosesində toplu çalışmalara üstünlük verib.
Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda baş tutacaq MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
