14 iyul 2016 00:50
"Qəbələni keçmək üçün hər şeyi edəcəyik"
Macarıstanın MTK klubunun kapitanı Yojef Kanta Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Növbəti rəqiblə oyuna yaxşı hazırlaşmışıq. Onların oyunlarını yaxşı analiz etmişik. Komandamız üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcək. Optimistik. Buna qədər Avroliqada iki yaxşı matç keçirmişik. Öz oyunumuzu göstərə bilsək, heç bir problem olmamalıdır".
