14 iyul 2016 00:40
MTK-nın baş məşqçisi: Məni istənilən hesablı qələbə qane edəcək
Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi təhlükəli rəqib gözləyir. Azərbaycan yığması artıq baxımlı futbol oynamağa başlayıb. Bu ölkənin klubları bir neçə dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Bu, sadəcə, bəxtdən asılı ola bilməz. "Qəbələ" UEFA reytinqində 253-cü pillədə qərarlaşıb. Biz isə 363-cüyük. Məni istənilən hesablı qələbə qane edəcək".
