14 iyul 2016 00:05
Kəpəz Avstriyadadır
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Admira” ilə qarşılaşacaq “Kəpəz” ötən gün Avstriyaya yollanıb. Azerisport.az xəbər verir ki, çarter reysi ilə Bratislavaya (Slovakiya) gələn komanda oradan avtobusla Sankt-Pölten şəhərinə yollanıb.
Təxminən saatyarımlıq yolçuluqdan sonra “sarı-göylər” “Lengbachhof” otelinə çatıb.
Nahardan sonra komanda üzvləri istirahətə çəkilib. “Kəpəz” yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) “NV Arena”da oyun öncəsi son məşqinə çıxıb.
