14 iyul 2016 00:05

Ramil Şeydayev nə təkzib, nə də təsdiq etdi

Türkiyənin "Trabzonspor" klubuna transfer olunan əslən azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Artıq yeni komandanla tanış olmusan?
- "Trabzonspor"da çox yaxşı kollektiv var. Şadam ki, bura gəlmişəm. Artıq uşaqların hamısı ilə tanış olmuşam. Hələlik, dillə bağlı problem var. Amma gündən-günə mənə daha da asan olur. Burada mən də daxil olmaqla cəmi üç əcnəbi futbolçu var. Ona görə də bir az ingiliscə, bir az türkcə danışmaqla anlaşırıq.

- Niyə "Zenit"dən ayrılmağa qərar verdin?
- Atamla həmişə karyeramla bağlı məsləhətləşirəm. Ona görə də "Trabzonspor"a transferim ailəmizin ümumi qərarı oldu.

- "Zenit"lə yeni müqavilə bağlamaq və ya yenidən icarədə oynamaq variantı var idi?
- Belə bir variant var idi. Amma düzünü deyim ki, mən yenə icarədə oynamaq istəmirdim. İstərdim ki, məhz hansısa kluba tam hüquqlu transfer olaraq keçim.

- "Spartak"a keçmək variantın da var idi. Niyə alınmadı?
- "Spartak" variantına heç baxmadım. Hədəfim xaricdə oynamaq idi.

- Sirr deyilsə, daha hansı Rusiya klubu səninlə maraqlanırdı?
- "Ural" variantı da var idi.

- Bəs ölkə xaricindən?
- Almaniyaya da çağırırdılar, amma mən "Trabzonspor"u seçdim.

- Yeni baş məşqçiniz barədə nə deyə bilərsən?
- Hələ onunla söhbətim olmayıb. Məşqlərə əsasən deyə bilərəm ki, daha çox intizama diqqət yetirir.

- Ciddidir?
- Şəndir. Amma məsələ işə gəlincə, sərt olur. Müəyyən qədər Radimova ("Zenit"in ikinci komandasının baş məşqçisi - red.) bənzərliyi var.

- Əsas heyətə düşmək üçün ciddi rəqabət aparmalı olacaqsan...
- Əlbəttə. Çünki əsas heyətdə oynamağı heç kimə söz vermirlər. Buna öz çalışqanlığınla nail olmalısan.

- Azərbaycan vətəndaşlığını almağa hazırlaşdığın doğrudur?
- Mən gələ bu suala cavab verə bilmərəm. Yəqin ki, yaxın günlərdə bu məsələ dəqiqləşəcək. Amma mən bu məlumatın internetdə necə yayıldığını bilmirəm.

- Hazırda "Trabzonspor"un düşərgəsindəsən?
- Bəli, Slovakiyada təlim-məşq toplanışındayıq. Bu toplanış bitəndən sonra üç gün istirahət edib, yenidən Macarıstana yollanacağıq. Çempionat isə avqustun 21-də start götürəcək.

- Türkiyədə yaşamağı planlaşdırırsınız?
- Hələ Trabzonun özündə olmamışam. Amma ora gedəndən sonra klubun bazasına yaxın bir yerdə mənzil tapacağam. Hələ ki, tək yaşayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.