13 iyul 2016 20:20
Ardian Çuçuli: Neftçinin daha böyük təcrübəsi, büdcəsi var, amma...
Makedoniyanın "Şkendiya" klubunun müdafiəçisi Ardian Çuçuli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" cütün favoritidir. Onların daha böyük təcrübəsi, büdcəsi var. Amma biz də öz şansımızdan yararlanmağa çalışacağıq. Bakıya sensasiya üçün gəlmişik. Hansı ki, İslandiya bunu son Avropa çempionatında bacardı. "Neftçi"nin "Baltsan"a cavab oyununda uduzmasına gəlincə, klubunuz Maltada qalib gəlmişdi və buna görə arxayınlıq yaranmışdı. Bu üzdən də həmin məğlubiyyət məni təəccübləndirmədi".
