13 iyul 2016 20:00

Bruno Akrapoviç: Bizi ya heç-heçə, ya da qələbə qane edəcək

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq "Neftçi" - "Şkendiya" matçı öncəsi Makedoniya təmsilçisinin baş məşqçisi Bruno Akrapoviç mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, qonaqların çalışdırıcısı öncə qarşılaşma haqda fikirlərini bildirib:

- Çox gözəl şəhəriniz var. Xüsusi ilə də insanlarınız. Rəqibi yaxşı analiz etmişik. "Neftçi" güclü komandadı. İntizamlı oyun sərgiləyib, sərfəli nəticə qazanmağı düşünürük. Hər iki komanda oyuna ciddi hazırlaşıb. Bunun da nəticəsini meydanda görəcəyik. "Neftçi"nin "Baltsan"la hər iki oyunu izləmişəm. Rəhman Hacıyev, Ruslan Qurbanov, Vançe Şikov və Araz Abdullayevin oyunlarını xüsusi ilə vurğulamaq istəyirəm. Bir də qapıçını. Onu çoxdan tanıyıram.

- Sabahkı oyunda sizi hansı nəticə qane edəcək? Bilirsiz ki, "Neftçi" son vaxtlar öz evində qələbə üzünə həsrət qalıb?
- Qələbə və ya heç-heçə bizi qane edəcək. Statistika ilə bağlı da məlumatımız var. Polşa komandası ilə oyun da bizim üçün asan keçmədi. Buna baxmayaraq, mərhələ adlayan tərəf biz olduq.

- Makedoniya klublarının Bakıda qalib gəlmədiklərini də bilməlisiz...
- Bu barədə də məlumatımız var. Çalışacağıq ki, statistik göstəricilərdə dəyişikliyə nail olaq.

- "Neftçi" ilə oyunlardakı uğursuzluqlar "Şkendiya"dakı karyeranıza son qoya bilər?
- Məşqçilikdə çox cavanam.  Çalışdığım klublarda elə insanlar olub ki, mənim üslubumla uyğun gəlməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.