13 iyul 2016 18:50
Araz Abdullayev: Bir mərhələ ilə kifayətlənmək istəmirik
Avropa Liqasının ikinci təsnifat mərhələsində Makedoniya "Şkendiya"sını sabah doğma "divarlar arası"nda qəbul edəcək "Neftçi"nin kapitanı Araz Abdullayev də baş məşqçi Vəli Qasımovla birlikdə mətbuat konfransında iştirak edirdi. Azerisport.az xəbər verir ki, o, çıxışında bunları dilə gətirib:
"Bizi necə çətin oyun gözlədiyini başa düşürük. Mərhələ adlasaq, komandada özünəinam bir az da artacaq. Öz meydanımızda çoxdandır qələbə qazanmırıq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Bir mərhələ keçməklə kifayətlənmək istəmirik. "Neftçi" Makedoniya klubunu keçəcək gücdədir. "Baltsan"a məğlubiyyətdən sonra bir qədər çətin oldu. Amma hazırda hamı yaxşı motivasiya ilə sabahkı oyunu gözləyir".
