13 iyul 2016 18:30

Vəli Qasımov: Şkendiyanın hücum xətti çox güclüdür

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Maekedoniya "Şkendiya"sı ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Bizi çətin oyun gözləyir. Rəqibin oyununa baxmışıq. Çox yaxşı komandadır. Amma biz də evdə qələbə qazanmaq üçün darıxmışıq. Bu görüşdə qalib gəlmək istəyirik.

- Rəqibin müdafiəsindəki problemləri analiz edə bilmisiniz?
- Malta klubu da zəif rəqib idi, amma bizə qalib gəldi. Onların da hücum xətti çox güclüdür. Məncə, müdafiələrində də ciddi problem yoxdur.

- "Baltsan"la oyun sizin üçün dərs oldu? Bu dəfə də cütün taleyini ilk oyunda həll edə biləcəksiniz?
- Rəqibin heyətində altı legioner var. Yaxşı futbolçular transferlər ediblər. "Şkendiya" güclü rəqibdir. Bu komandaya 5-6 qol vurmaq lazımdrı ki, mərhələ keçməkdən danışa biləsən.

- Komandanızda bu bir həftədə nə dəyişib?
- Uduzmağı heç kim xoşlamır. Oyunumuzu analiz etmişik. Son oyunun birinci hissəsində problem yox idi. Sadəcə, ikinci hissədə özünəinamı itirdik. Bütövlükdə, hər iki oyunda yaxşı çıxış etdik.

- Niyə yeni transferlər etmirsiniz?
- Oyunçularla danışıqlar davam edir. Hələ bu məsələni həll etməmişik. Ya futbolçu ilə tam razılığa gələ bilməmişik, ya da klublarla. Əldən buraxdığımız oyunçular da oldu. Biz də yeni futbolçularla güclənmək istəyirik.

- Start heyətini müəyyənləşdirmisiniz?
- Bəli. Amma bunu demək istəmirəm. Elşən Abdullayevin zədəsi var. Onun bu matçda iştirakı sual altındadır.

- Oyununuzu rəqibə görə quracaqsınız, ya öz futbolunuzu sərgiləyəcəksiniz?
- Biz hər şeyi nəzərə almışıq. "Neftçi" oyuna hazırdır. Sabahkı matç öncəsi sakitəm. Bilirəm ki, uşaqlar çıxıb, oynayacaqlar.

- "Neftçi" bu oyunda uduzsa, ondan sonra baş verənlərə hazırsınız?
- Uda da bilərik, uduza da. Biz pozitiv yanaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.