13 iyul 2016 18:00
Oliver Lederer: Kəpəz ilk iki oyunda yaxşı müdafiə olunduğunu göstərdi
Astriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun saatını gözləyirik. Rəqib ilk iki oyunda yaxşı müdafiə olunduğunu göstərib. Digər tərəfdən, komandada cənubi amerikalı futbolçuları var. Standart vəziyyətlər həmişə problemdir. Onlar da bundan yaxşı yararlanmağa çalışırlar. "Kəpəz"i təzyiq altında saxlamağa çalışacağıq. Kapitan Daniel Tot da heyətə qayıda bilər".
