13 iyul 2016 17:45
Pərdis Fərcad-Azad: Haqqımda yayılan xəbərlər hazırlığıma təsir etmir
"İnter"in yeni transferi Pərdis Fərcad-Azad Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"ə keçdiyim üçün şadam. Bu mövsüm daha yaxşı çıxış etmək istəyirəm. Futbolçularımızın hamısı yüksək hədəflər üçün çalışırlar. Mənim barəmdə yayılan xəbərlərə gəlincə, bunlara fikir verməməyə çalışıram. Bunlar mənim hazırlığıma təsir göstərə bilməz".
