13 iyul 2016 16:50
Əliyar Ağayev İtaliyanın oyununa təyinat aldı
Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, sabah qrup mərhələsi çərçivəsində İtaliya - Avstriya görüşü baş tutacaq.
Sözügedən oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev təyin olunub.
Qeyd edək ki, Ağayev AÇ-də ilk təyinatını Xorvatiya - Hollandiya oyununa (1:3) almışdı. Həmin görüşdə FİFA referimiz dördüncü hakim funksiyasını yerinə yetirmişdi.
