13 iyul 2016 16:25
Ruslan Qurbanov: Neftçi güclü rəqiblərə qarşı daha yaxşı oynayır
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq plan üzrə gedir. Bakıda qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Bununla həm də ötən həftə Malta "Baltsan"ına evdəki məğlubiyyətə görə üzr istəmiş olarıq. Həmin oyundan nəticə çıxarmışıq və harada səhvlər etdiyimizi bilirik. "Şkendiya" ilə oyunda həmin səhvləri təkrarlamamağa çalışacağıq. Biz güclü rəqiblərə qarşı daha yaxşı oynayırıq".
