13 iyul 2016 14:43
Roman Qriqorçuk: Həm Teo Uiksdən, həm də digər oyunçularımızdan razıyam
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın Avropa Liqasında keçirdiyi oyunlarda qollarını sıralayan Teo Uikslə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bir futbolçu barədə danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, həm Teodan, həm də digər futbolçulardan razıyam. Komandamız növbəti mərhələyə vəsiqə qazandı. Qısa müddət ərzində keyfiyyətli iş ortaya qoya bildik. Şübhəsiz ki, bir oyunda üç qol vurmaq Uiks üçün yaxşı göstəricidir. Amma mən onu komandadan ayırmaq istəməzdim".
