13 iyul 2016 13:20
İnterin ikinci rəqibi bəlli oldu
Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in daha bir rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, "bankirlər" yerli "Elazığspor"la qarşılaşacaqlar.
Bu oyun ayın 22 və ya 23-də keçiriləcək.
Qeyd edək ki, "İnter" sabah ilk sınaq matçını Türkiyənin digər təmsilçisi "Kasımpaşa"ya qarşı keçirəcək. Oyun saat 18:00-da start götürəcək.
