13 iyul 2016 11:45
Renan Alveş: Azarkeşləri qol ilə sevindirmək istəsəm də, əsas işim müdafiədir
"Kəpəz"in müdafiəçisi Renan Alveş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi Avstriya klubu ilə çətin oyun gözləyir. Amma rəqib barədə xüsusi bildiyim nəsə yoxdur. Bircə onu bilirəm ki, Avstriyanın klubları çox güclü olur. "Kəpəz" azarkeşləri məndən qol gözləyirlər. Çünki əvvəlki klublarımda qollar vurmuşam. Mən də azarkeşlərimizi sevindirməyi çox istəyirəm. Lakin mənim əsas işim müdafiə olunmaqdır. Meydana ilk növbədə buna görə çıxıram. Ümid edirəm ki, avstriyalılarla ilk oyunda istədiyimiz nəticəyə nail ola biləcəyik".
