13 iyul 2016 11:30
Qarabağın qələbəsi Azərbaycanı Şotlandiyaya yaxınlaşdırdı
"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ı üzərindəki qələbəsi Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxılaşdırıb. Azerisport.az xəbər verir ki, hazırda Azərbaycan 14,625 xalla 24-cü pillədə qərarlaşıb.
Bizdən öndə Şotlandiyadır - 15,300.
Qeyd edək ki, Azərbaycan ötən avrokuboklar mövsümünü 14,875 xalla 26-cı pillədə başa vurmuşdu.
