13 iyul 2016 11:15
AFFA-dan Ramil Şeydayev açıqlaması
Türkiyənin "Trabzonspor" klubuna keçən Rusiyanın "Zenit" komandasının yetirməsi Ramil Şeydayevin Azərbaycan yığmasında oynamaq istəməsi ilə bağlı AFFA da rəsmi məlumat yayıb. Azerisport.az xəbər verir ki, həmin məlumatda bunlar qeyd olunub:
Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.
R.Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.
FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək".
