Nikita Simonyan: Ramil Şeydayevi gözdən qaçırdıq
Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan Ramil Şeydayevin Azərbaycan yığmasını seçmək qərarına gəlməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatına açıqlamasında o, Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə bağlamış əlsən azərbaycanlı futbolçunun addımını belə dəyərləndirib:
"Bu, onun seçimidir. Ola bilsin ki, onu yığma komandada oynayacağına əmin ediblər. Amma hələ gəncdir. Rusiya və ya Azərbaycan yığmasından möhkəmlənməsi üçün çox çalışması lazımdır. Oynayacağı komandada özünü nə dərəcədə isbatlaya biləcəyini zaman göstərəcək. Rusiyanın gənclərdən ibarət yığmasında oynayarkən elə də ciddi uğurları ilə diqqət çəkmədi. Amma yaxşı göstəriciləri var. İstənilən halda yığmamıza düşmək üçün rəqabət aparmaq istəməməsi təəssüf doğurur. Demək olar ki, onu gözdən qaçırdıq".
