13 iyul 2016 00:00

Riçard Almeyda: Cavab matçı daha çətin olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düedelanj"ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi braziliyalı futbolçunun açıqlamaları ilə tanış edir:

- Matçla bağlı fikirləriniz?
- Bu rəqibə qarşı oynamağın çətin olacağını bilirdik. Hər dəfə topu itirəndə əks hücuma çıxmalarından hiss olunurdu ki, rəqib heç də asanlıqla təslim olan komanda deyil. Qələbə qazansaq da, hələ heç nə həll olunmayıb. Bizi daha çətin cavab oyunu gözləyir. Birinci oyuna necə hazırlaşmışdıqsa, cavab görüşünə də elə ciddi yanaşmalıyıq.

- 2:0-dan sonra yenə qol gözləyirdiniz? Niyə komandanız fasilədən sonra sakitləşdi?
- Daha çox qol vurmaq istəyirdim. Amma rəqib ikinci hissədə qapandı. Bütün futbolçuları meydanın özlərinə aid hissəsinə cəmləşmişdi, sıx müdafiə olunurdular. Belə olan halda rəqibə qol vurmaq asan olmur. Növbəti qolu vurmaq istəyimiz də buna görə alınmadı.

- Hər iki qolu siz vurdunuz...
- Ola bilər ki, qolları mən vurdum. Amma bu, mənim yox, bütöv komandanın qələbəsidir.

- İkinci hissədə zədə aldınız. Vəziyyətiniz necədir?
- Hər şey yaxşıdır. Sabah özümü daha yaxşı hiss edəcəyəm. Bu, elə də ağır zədə deyil.

- Bu qələbə növbəti mərhələyə çıxmaq üçün yetərlidir?
- Bizə ikinci oyunun daha çətin olacağını dedilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.