12 iyul 2016 23:30
Ramil Şeydayev Azərbaycan pasportu aldı, FİFA-nın qərarını gözləyir
Türkiyənin "Trabzonspor" klubuna keçən Ramil Şeydayev artıq Azərbaycan pasportu alıb. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan əsilli futbolçu ötən gün Rusiya vətəndaşlığından imtina edib. Daha doğrusu, ikinci vətəndaşlıq alan Ramil bundan sonra həm də Azərbaycan vətəndaşı adını daşıyır. Bu, həm də ona Azərbaycan yığmasında oynamaq şansı yaradır.
O da bildirilir ki, AFFA artıq Şeydayevin Azərbaycan vətəndaşlığını daşıması ilə bağlı FİFA-ya məktub ünvanlayıb. Azərbaycan tərəfi beynəlxalq futbol qurumunun Ramilin milli komandamızda oynamasına icazəsini gözləyir.
