12 iyul 2016 18:40
Neftçinin qapıçısı: Gücümüzə inanırıq
"Neftçi"nin qapıçısı Maksim Vaylo Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şkendiya" yaxşı komandadır. Birinci təsnifat mərhələsində də uğurlu çıxış ediblər. Polşa klubunu mübarizədən kənarlaşdırmış komandadır. Fikrimcə, iki bərabər səviyyəli komandanın dueli olacaq. Onlar hər iki oyunda qalib gəldikləri halda, biz ikinci matçımızda uduzduq. Amma bu, bizi qorxutmur. Qələbəyə köklənmişik. Komandamızın üzvləri hər şeyi yaxşı başa düşür. Malta "Baltsan"ına ev oyunundakı məğlubiyyətdən sonra heç bir dəyişiklik yoxdur. Komandamız yenə də öz gücünə inanır".
