12 iyul 2016 18:20

Roman Qriqorçuk: MTK Samtredia ilə müqayisədə tam fərqli stildə oynayır

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağınız Macarıstan MTK-sı ilə oyunlara hazırlıq necə gedir?
- Hər şey plan üzrə davam edir. Sakitcə çalışırıq. Başa düşürük ki, çox iş görməyə vaxtımız yoxdur. Amma hər şeyin normal olduğunu görürəm.

- Rəqib barədə nə deyə bilərsiniz?
- Ciddi komandadır. MTK-nın yaxşı heyəti var. Əsas hücumçularının İngiltərə Premyer Liqasında oyun təcrübəsi var. Bu, çox şeydən xəbər verir. Fiziki cəhətdən güclü komandadır.

- "Samtredia"dan güclüdürlər?
- Belə bir müqayisə aparmaq fikrim yoxdur. Çünki fərqli stildə oynayan komandalardır.

- Növbəti mərhələyə adlamaq şansınız necədir?
- Hamı mənim şanslara necə yanaşdığımı bilir. Azacıq da olsa, şans varsa, buna görə meydanda ölməyə də hazır olmalıyıq. Amma hazırda bir faiz yox, daha çox şansımızın olduğunu düşünürəm.

- İlk oyundan nə gözləyək?
- Fikrimcə, Gürcüstandakından daha yaxşı oynayacağıq. Çünki həmin oyunu istədiyimiz kimi keçirmədik. Rəqib də çox yaxşı çıxış etdi.

- İlk oyundakı qələbədən sonra hamı indiki "Qəbələ"nin ötən mövsümdəkindən daha güclü olduğunu deməyə başladı...
- Mən ümumiyyətlə müqayisə aparmaq istəməzdim. Bir-iki oyuna görə belə nəticə çıxarmaq düz deyil. Bu üzdən də indiki mərhələdə bu barədə danışmaq mənə çətindir.

- "Qəbələ" rəhbərliyi səfərə Avroliqadakı digər təmsilçimiz "Kəpəz"lə birgə yollanmağı təklif etdi. Bu, sizi narahat etmir?
- Bunu öncədən də bilirdim və burada heç bir problem görmürəm. Belə hallar digər klublarda da olur. Vaxtilə Ukraynada da bu təcrübədən yararlanıblar. Qənaət baxımından bu, çox düzgün yanaşmadır.

- İki rəqib bir təyyarəyə sığacaq?
- Hazırda biz rəqib deyilik. Avroliqada iştirak edən iki həmkarıq.

- "Kəpəz"in baş məşqçisi Şahin Diniyevlə söhbətləşəcəksiniz?
- Mənim onu gec də olsa, yubileyini təbrik etmək imkanım olacaq. Təbii ki, klub rəhbərliyi, məşqçilər korpusu ilə də məmnuniyyətlə söhbətləşəcəyəm. Hər kəsə hörmətlə yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.