12 iyul 2016 17:40
Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib
Bu gün AFFA-nın inzibati binasında I divizion və Premyer Liqa klublarının əvəzedici komandaları arasında təşkil ediləcək ölkə birinciliyinin 2016/2017-ci il mövsümünə hazırlıq məqsədilə Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib. Azerisport.az xəbər verir ki, komitənin sədri Əli Hüseynovun rəhbərliyi ilə keçirilən seminarda 65 nəfər hakim-inspektor iştirak edib.








