12 iyul 2016 16:40
Rəşad Eyyubov Qəbələyə MTK ilə oyunlarda kömək edə bilməyəcək
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sına qarşı oyunlarda iştirak etməyəcək. Azerisport.az saytına açıqlamasında o, bunu özü bəyan edib:
"Məndə Gürcüstanda "Samtredia"ya qarşı oyun zamanı güclü allergiya var idi. Hazırda bu vəziyyətə düşməyimin səbəbini araşdırırlar. Beş gündür məşq etmirəm. Ona görə də komandamın qarşıdakı oyunlarını buraxacağam".
