12 iyul 2016 16:20
Zoran Boldovaliyev: Şkendiya Neftçini keçməyə daha şanslıdır
Azərbaycanın keçmiş "MKT-Araz" klubunda oynamış Zoran Boldovaliyev "Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə oyunlarına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyunlar olacaq. "Şkendiya"nın mərhələ adlamaq şansının daha çox olduğunu düşünürəm. "Neftçi"nin müdafiəsi son illərdə zəifləyib. Mən Azərbaycanda oynayanda "Neftçi" daha güclü idi. Komanda o vaxtlar çempionluğa oynayırdı, indi isə əksinədir. "Şkendiya" güclü komandadır. Yaxşı maliyyə imkanları var. "Neftçi"də makedoniyalı futbolçu Vançe Şikovun oynadığını bilirəm. O, yaxşı futbolçudur. Amma komanda bir futbolçudan asılı olmur".
