12 iyul 2016 15:10
Aslan Kərimov: Qarabağ Düdelanjı hətta Reynaldosuz da keçə bilər
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov "Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" hətta Reynaldosuz da bu cütlüyün taleyini həll etməyə qadirdir. Razıyam ki, rəqib təhlükəli komandadır. Elə son iki avrokubok mövsümündəki nəticələrinə baxmaqla necə "möhkəm qoz" olduqlarını görmək mümkündür. Amma ağdamlıların böyük təcrübəsi var. "Düdelanj"dan daha güclü, adlı-sanlı rəqiblərə qalib gəliblər. Fikrimcə, Lüksemburq klubuna keçəcəklər. Hətta deyərdim ki, "Qarabağ" buna görə çox da tərləməyəcək. Amma bu futboldur, hər şey ola bilər".
