12 iyul 2016 14:55

Deyv Turpel: Qarabağa qarşı ağıllı oynasaq, nəsə edə bilərik

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın qonağı olacaq Lüksemburqun "Düdelanj" klubunun hücumçusu Deyv Turpel yerli mətbuatın bəzi suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Rəqib barədə nə bilirsiniz?
- Rəqibin topla yaxşı oynadığını, texnikalı komanda olduğunu bilirik. Oyunlarının videosuna baxmışıq.

- Bu komandaya qarşı uğur əldə edə bilərsiniz?
- Fikrimcə, favorit onlardır. Bunun heç müzakirəyə də ehtiyacı yoxdur. Sadəcə, onların son mövsümlərdə qazandığı nəticələrə baxmaq kifayətdir. Amma ağıllı oynasaq, matça yaxşı köklənsək, nəsə edə bilərik. Bütün mövsümü də məhz belə oyunlara hazır olmaq üçün çalışmışıq.

- "Düdelanj"ı ötən mövsümlə müqayisədə indi daha güclü saymaq olar?
- Hazırda bu suala cavab verə bilmərəm. Bunun üçün müəyyən vaxt lazımdır. Amma mənə elə gəlir ki, zaman keçdikcə biz daha yaxşı oynayacağıq.

- Momar N`Diaye ilə oynamaq necədir?
- Məşqlərdə bir-birimizi daha yaxşı başa düşmək üçün çalışırıq. Çoxlu söhbət edirik. Asan olmayacaq, amma indi də pis deyil.

- Debüt matçını keçirəcək baş məşqçi Dino Topmöller Mişel Lefloşmoandan çoxmu fərqlənir?
- Bəli, fərqlidirər. Siz özünüz də gəlib oyunlarımıza baxa bilərsiniz. Hər məşqçinin öz metodu olur.

- Sizin "Şarlerua"ya keçəcəyiniz deyilirdi...
- İmkan var idi. Amma gördüyünüz kimi, hazırda buradayam.

lequotidien

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.