12 iyul 2016 14:30
Roman Qriqorçuk: Bunu ilk dəfə sizdən eşidirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk seneqallı müdafiəçi Papa Quyeni transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu futbolçunu Ukrayna çempionatından tanıyıram. Yaxşı futbolçudur. Amma onun "Qəbələ"yə keçəcəyi barədə xəbərlər haradan yaranıb, bilmirəm. Bunu ilk dəfə sizdən eşidirəm. Bizim müdafiə xəttimiz artıq komplektləşib. Bu üzdən də müdafiəyə hansısa futbolçu dəvət etmək fikrimiz yoxdur".
