12 iyul 2016 14:00
Ramil Şeydayev Trabzonsporda nə qədər qazanacaq?
Azərbaycan əsilli rusiyalı futbolçu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubunda nə qədər qazanacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi ilə 4 illik müqavilə imzalayan futbolçu bu illər ərzində 1,643 milyon avro qazanacaq.
O, 2016/17 mövsümündə 430 min, ikinci mövsümündə 350 000, üçüncüdə 400 000, dördüncü - sonuncu mövsümündə isə 450 000 avro alacaq.
