12 iyul 2016 13:40
Qarabağ - Düdelanj matçına 15 min bilet satılıb
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la Lüksemburq "Düdelanj"ı arasındakı oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq görüşə artıq 15 minə yaxın bilet satılıb.
Matç saatına qədər isə bu göstəricinin artması gözlənilir.
Qeyd edək ki, biletlər yerindən asılı olaraq 1-5 manat aralığındadır. VİP yerlər üçün isə 30 manat.
Qarşılaşma saat 21:00-da start götürəcək.
