12 iyul 2016 13:10

Şahin Diniyev: Kəpəzin qarşısına avrokuboklarda hələ belə güclü rəqib çıxmayıb

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağınız Avstriya "Admira"sı ilə oyuna hazırlıq necə gedir?
- Vaxt azdır. Kiçik istirahətdən sonra komanda yenə fiziki hazırlıqla məşğul oldu. Hazırda isə ilk oyunun taktiki hazırlığı gedir. Rəqibin Avroliqadakı ilk iki oyununa baxmışam. Çox sürətli komadadır. Kompakt, təşkilatlanmış oyun sərgiləyirlər. Onlar yoxlama oyununda da "Terek"ə çox asanlıqla qalib gəliblər. "Kəpəz"in qarşısına avrokuboklarda hələ belə güclü rəqib çıxmayıb.

- Hələ Moldovada "Daçiya" ilə oyundan sonra da demişdiniz ki, "Admira" "Kəpəz"dən güclüdür. Düşünmürsünüz ki, bu cür açıqlama yetirmələrinizə mənfi təsir edə bilər?
- Məncə, bunun mənfi təsirindən daha çox bizə köməyi dəyə bilər. Siz özünüz də buna şahid ola bilərsiniz. Bizə qarşı böyük komanda mübarizə aparacaq. Onların "Terek"i sakitcə 3:1 hesabıyla məğlub etməsi çox şeydən xəbər verir. Bu, rəqibdən qorxmaq yox, ona hörmət etməkdir. Burada heç bir pafos da yoxdur. Nə var, onu da deyirəm.

- Amma Avstriya klubu bir neçə gün öncə Rusiyanın digər klubu "Rostov"a 7 cavabsız qolla uduzdu...
- Məncə, komanda avrokubok matçından sonra dərhal yoxlama oyunu keçirə bilməz. Fikrimcə, onların əvəzedici komandası Rusiya klubu ilə qarşılaşıb. Tamamilə fərqli oyunçuların xidmətindən yararlanıblar.

- Komandanız demək olar ki, yenidən qurulub. Zamanın sizin lehinizə işlədiyini demək olar?
- Şübhəsiz. Gündən günə komanda daha da yaxşı vəziyyətə gəlir, anlaşma səviyyəsi yaxşılaşır. Biz daha güclü oluruq. Avrokuboklardakı ilk oyunda meydanda beş yeni futbolçu var idi. Bu, adi məsələ deyil. Zamanla bu komandanın daha yaxşı oynayacağına əminəm.

- Avstriyalılarla ilk oyunda sizi hansı nəticə qane edəcək?
- Hər bir məşqçi, futbolçu öz uğuruna inanır. Kim necə istəyir, qoy elə də başa düşsün: iki gecədir oturub rəqibin oyunlarına baxıram, amma onların zəif cəhətlərini tapa bilmirəm. Demək olar ki, mənfi cəhəti olmayan komandadır. Çox şey bizim meydandakı çalışqanlığımızdan asılı olacaq. İki oyundur qol buraxmırıq. Müdafiə olunmağı bacarırıq. Cəmi bir sarı vərəqə almışıq. Qarşıdakı oyunlarda daha sürətli rəqibi dayandırmalıyıq. "Admira" hücuma səkkiz futbolçu ilə keçir. Bu, bizim üçün qorxulu yuxuya bənzəyir.

- "Daçiya"ya səfərdə qalib gəlsəniz də, parlaq oyun göstərmədiniz...
- Pley-off oyunlarının özəllikləri var. Burada çox vaxt nəticəyə oynamalı olursan. Təsadüfi hallarda gözəl oyun görmək olur. Onu da nəzərə almaq lazımdır ki, hələ anlaşma səviyyəsi istədiyimiz kimi deyil, topa yaxşı nəzarət edə bilmirik.

- Səfərə "Qəbələ" ilə eyni təyyarədə yollanacaqsınız. Bu fakta münasibətiniz necədir?
- Hər iki komanda demək olar ki, eyni istiqamətə uçur. Büdcəyə qənaət etmək üçün niyə də bir yerdə yollanmayaq? Bu, saatlarla aeroportlarda gözləməkdən daha yaxşıdır.

- Bu gün 50 yaşınız tamam olur. Bu münasibətlə sizi təbrik edirik. Maraqlıdır ki, karyeranızdakı ən böyük uğurlar da yubileyinizlə üst-üstə düşdü...
- "Qarabağ"la "Qəbələ"nin uğurlarının yanında bizimki ciddi bir nəticə sayıla bilməz. Amma "Kəpəz" üçün uğurdur. Belə büdcə, belə infrastrukturla bu nəticə uğurdr. Futbolçularım sağ olsun ki, tapşırıqlarımı lazımi səviyyədə yerinə yetirirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.