12 iyul 2016 12:10
Şeydayev Trabzonspora keçdi: hələ bu barədə danışmaq istəmirəm
Rusiyanın "Zenit" klubunun sabiq futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubuna keçib. Azerisport.az xəbər verir ki, artıq o, yeni klubu ilə müqavilə də imzalayıb.
Klub saytının yaydığı məlumata görə, tibbi müayinədən uğurla keçən Azərbaycan əsilli futbolçu daha sonra komandanın Slovakiyadakı təlim-məşq toplanışına yollanıb.
Bu arada Şeydayev Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan millisində oynamaq üçün AFFA ilə danışıq apardığına dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunu nə təkzib, nə də təsdiq edib:
"Hələ bu barədə danışmaq istəmirəm. Heç nə danışmayacağam. Hər şey dəqiqləşəndən sonra danışarıq".
