12 iyul 2016 11:50
Miltinyo yığmamız üçün yeni braziliyalıları sınayır
Futzal üzrə Azərbaycan yığması sentyabrda Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Miltinyo yığmamıza bir neçə yeni futbolçu cəlb edib.
Bunlar braziliyalı Qarsiya Klaudio Luis və Everton Kardozodur. Hər iki oyunçu hazırda baxışdadır.
Qeyd edək ki, bu iki oyunçu daha öncə müvafiq olaraq Braziliyanın "Keyma" və "Jaraqua" klublarından çıxış ediblər. Onlar bəyənilsə, yığmamızla yanaşı, "Araz"da da çıxış etmək şansı qazanacaqlar.
