12 iyul 2016 11:00
Aqil Məmmədov Boluspora keçə bilər
Azərbaycan yığmasının qapıçısı Aqil Məmmədov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, "Neftçi"nin sabiq qolkiperi PTT 1-ci liqa təmsilçisi "Boluspor"la danışıq aparır.
Ötən mövsüm bu komandada digər futbolçumuz Vaqif Cavadov çıxış edirdi. Bir müddət öncə isə "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon bu klubla müqavilə imzalayıb.
