12 iyul 2016 10:30
Liqaların bombardirləri AÇ-nin finalını izləyib
AFFA-nın U-10 liqasının bombardiri Bəhlul Mehdiyev, U-11 liqasının bombardiri Sadiq Şəfiyev, U-12 liqasının bombardiri Əfqan Nuriyev, Coca-Cola U-13 liqasının bombardiri Ümid Səmədov, U-13 qızlar liqasının bombardiri Jalə İldırımova və liqanın iştirakçısı Selcan Hüseynli Avropa çempionatının Fransanın paytaxtı Parisdə keçirilmiş final oyununu SOCAR-ın təşəbbüsü və təşkilatçılığı ilə stadionda izləyiblər. Azerisport.az xəbər verir ki, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev oyundan əvvəl və sonra liqaların oyunçuları ilə görüşüb, final qarşılaşması ilə bağlı təəssüratlarını bölüşüblər.


