12 iyul 2016 01:00
Emin Nurinin komandası ev oyununda xal itirdi
İsveç çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub çempionatdakı təxminən bir aylıq fasilədən sonra doğma meydanda AİK-lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Qeyd edək ki, Emin zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 17 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
